Bakıda sərnişinlər taksi sürücüsünü bıçaqla hədələyib.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə fevralın 14-də Maştağa qəsəbəsi ərazisində paytaxt sakini O.Əliyevin idarə etdiyi “Fiat” markalı avtomobildə sərnişin qismində olan 2 nəfərin onu bıçaqla hədələyərək 30 manatını quldurluq yolu ilə talamaları barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ə.Əliyev müəyyən edilərək saxlanılılıb.
Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb.
Araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:57 / 16.02.2022
Bakıda sərnişinlər taksi sürücüsünü bıçaqla hədələyib
Hazırda oxunan: Bakıda sərnişinlər taksi sürücüsünü bıçaqla hədələyib
Hazırda oxunan: Bakıda sərnişinlər taksi sürücüsünü bıçaqla hədələyib
60386
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.