Mingəçevir su anbarında itkin düşən 5 nəfər TAPILDI

Mingəçevir su anbarında itkin düşən 5 nəfər TAPILDI

Hazırda oxunan: Mingəçevir su anbarında itkin düşən 5 nəfər TAPILDI

603793

Mingəçevir su anbarı ərazisində 3 gündür itkin düşən 5 nəfərin yeri müəyyən edilib.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Aran Dalğıc Axtarış qrupunun apardığı axtarış-xilasetmə tədbirləri nəticəsində tapılan balıq tutmağa gedən itkin düşən şəxslər Ağdaş rayon sakinləridir.

Balıq tutmaq məqsədilə su anbarına gedən 5 nəfər əlverişsiz şərait səbəbindən köməksiz vəziyyətdə qalıb.

Axtarışlar nəticəsində onların yeri su anbarının Goranboy rayonu ərazisindən keçən hissəsində müəyyən olunub.

Bir neçə gündür itkin düşən şəxslərin hamısı sağdır.

Hazırda xilasedicilər onların təhlükəsiz əraziyə təxliyə olunması istiqamətində tədbirlər görür.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO