Biləsuvar rayonunda yol qəzası baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə ötən axşam rayonun Bağbanlar kəndi ərazisində qeydə alınıb.
Aranlı kənd sakini, 1994-cü il təvəllüdlü Bayramov Elnurun idarə etdiyi motosiklet hərəkət zamanı nəzarətdən çıxaraq aşıb.
Nəticədə sürücü və motosikletdə olan 1979-cu il təvəllüdlü Matıyev Samir müxtəlif xəsarətlərlə rayon xəstəxanasına aparılıblar.
Yaralılara tibbi yardım göstərilib.
Bayramovun vəziyyəti yüngül qiymətləndirildiyindən o, ambulator müalicəyə buraxılıb.
Matıyevin isə müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində davam edir.
Faktla bağlı müvafiq araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu.

- A-
- A
- A+
Cəmiyyət
18:18 / 28.03.2026
Biləsuvarda motosiklet qəzası olub - İki nəfər xəsarət alıb
Hazırda oxunan: Biləsuvarda motosiklet qəzası olub - İki nəfər xəsarət alıb
Hazırda oxunan: Biləsuvarda motosiklet qəzası olub - İki nəfər xəsarət alıb
603785
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































