Hərbi qulluqçuların maaş və pul təminatında DƏYİŞİKLİK

Hərbi qulluqçuların maaş və pul təminatında DƏYİŞİKLİK

Hazırda oxunan: Hərbi qulluqçuların maaş və pul təminatında DƏYİŞİKLİK

603781

Hərbi qulluqçuların pul təminatı qaydalarında dəyişiklik edilib.

Bizim.Media trend.az-a istinadən xəbər verir ki, bu, "Hərbi qulluqçuların statusu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb.

Yeni qanuna əsasən, hərbi xidmətin şəraitindən, ixtisasdan, hərbi peşədən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindən asılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi (müvafiq icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanın rəhbəri, müavini və əməkdaşları, habelə müvafiq icra hakimiyyəti orqanında hərbi xidmət vəzifəsində qulluq keçən dövlət qulluqçularına münasibətdə isə yalnız aylıq vəzifə və rütbə maaşı) almaq hüququ var.

Həmçinin, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından, habelə müvafiq icra hakimiyyəti orqanının rəhbəri və onun müavinlərindən, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanın rəhbəri, müavini və əməkdaşlarından, habelə müvafiq icra hakimiyyəti orqanında hərbi xidmət vəzifəsində qulluq keçən dövlət qulluqçularından başqa) hər il növbəti məzuniyyətə çıxarkən onlara əlavə olaraq bir aylıq vəzifə maaşı məbləğində pul təminatı verilir.

Daha əvvəl yuxarıda qeyd edilən istisnalar qanunda nəzərdə tutulmamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO