Qusar rayonunda baş verən güclü sel nəticəsində çətin vəziyyətdə qalan ailə üzvləri xilas olunub.
Rayon Fövqəladə Hallar Komissiyasının sədri Şahid Fərəməzovun Bizim.Media-ya verdiyi məlumata görə, Quxuroba kəndində yaşayış evinə su dolması səbəbindən 9 nəfərlik ailə təxliyə edilib.
Ailənin 6 uşağı, valideynləri və nənəsi təhlükəsiz əraziyə köçürülüb.
Ümumilikdə, intensiv yağıntılar nəticəsində yaranan sel suları rayonun Hil, Yuxarı Tahircal, Suvacal, Kuzun və Çətkün kəndlərinə gedən yollarda ciddi çətinliklər yaradıb, bir neçə körpü yararsız vəziyyətə düşüb.
Hazırda rayon Fövqəladə Hallar Komissiyası tərəfindən fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

- A-
- A
- A+
Cəmiyyət
16:20 / 28.03.2026
Qusarda köməksiz vəziyyətdə qalan ailə təxliyə olundu – VİDEO – ÖZƏL
Hazırda oxunan: Qusarda köməksiz vəziyyətdə qalan ailə təxliyə olundu – VİDEO – ÖZƏL
Hazırda oxunan: Qusarda köməksiz vəziyyətdə qalan ailə təxliyə olundu – VİDEO – ÖZƏL
603772
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































