İki gündür ara vermədən yağan yağışın dağıdıcı fəsadları ilə yanaşı xəstəliyə düçar etməsi də ayrı problemdir. Yağışa düşmək təkcə “islanmaq” deyil, orqanizm üçün ciddi təhlükə yarada bilər. Ən əsas problem soyuqlama və bədən temperaturunun düşməsi, yəni hipotermiya riskidir.
Bizim.Media xəbər verir ki, yağışa düşüb islanmış adam təcili olaraq bunları edərsə, sonrakı fəsadlardan qaça bilər.
İlk fürsətdə qapalı və quru yerə keçməli, yaş paltarları çıxartmalıdır. Qurulanıb tez isinməlidir. Daha sonra isti çay, qəhvə yaxud şorba içməlidir. Bəzilərinin etdiyi səhvi təkrarlamayın. Yəni spirtli içki qətiyyən olmaz: bədəni daha da soyudur.
Bütün bunlarla yanaşı, əgər dayanmayan titrəmə varsa, nitqin ləngiməsi, başgicəllənmə, həddindən artıq halsızlıq müşahidə olunursa, artıq hipotermiya başlamış ola bilər. Buna ciddi yanaşılmalı, təcili yardım çağırılmalıdır.
Şəfiqə Şəfa, Bizim.Media































































































