Bakıda bina qəzalı vəziyyətə düşdü - VİDEO

Bakıda bina qəzalı vəziyyətə düşdü - VİDEO

Hazırda oxunan: Bakıda bina qəzalı vəziyyətə düşdü - VİDEO

603746

Bakıda iki əsrə yaxın yaşı olan yaşayış binası qəzalı vəziyyətə düşüb. Sözügedən binanın birinci mərtəbəsinin təməli 1858-ci ildə qoyulub, 1910-cu ildə isə növbəti iki mərtəbə inşa edilib.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət paytaxtın Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 159 ünvanında yerləşən üçmərtəbəli binadan gedir.

Sakinlərin sözlərinə görə, bina illərdir qəzalı vəziyyətdədir. Onlar iddia edirlər ki, divarlar nəm çəkdiyindən mənzilləri təmir etmək belə mümkün deyil.
 

Məsələ ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, layihə təsdiq olunduqdan sonra, qanunvericiliyə əsasən, xüsusi mülkiyyətdə olan abidələrin bərpası balanssaxlayıcı və ya mülkiyyətçi tərəfindən həyata keçirilməlidir.


Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən (MKTB) isə binanın gələcək taleyi ilə bağlı müvafiq razılaşdırma işlərinin aparıldığı bildirilib.

Daha ətraflı videoda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO