Baldızını dostu ilə birgə öldürərək meyitini maşınla aparıb – TƏFƏRRÜAT

Baldızını dostu ilə birgə öldürərək meyitini maşınla aparıb – TƏFƏRRÜAT

Hazırda oxunan: Baldızını dostu ilə birgə öldürərək meyitini maşınla aparıb – TƏFƏRRÜAT

603741

Ağsu rayonunda qadının qətlə yetirilərək meyitinin otlaq sahəsinə atılmasının təfərrüatı məlum olub.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, cinayətdə şübhəli bilinərək tutulan şəxslərdən biri 1977-ci il təvəllüdlü Əyyub Sahabov meyiti tapılan 43 yaşlı Zahirə Şükürovanın bacısının əridir.
 

Bildirilir ki, hadisə münaqişə zəminində baş verib. Əvvəllər məhkum həyatı yaşamış Ə.Sahabov dostu Seymur Məmmədovla baldızı Zahirəni boğaraq qətlə yetirdikdən sonra qadının meyitini maşına qoyaraq Ağsu şəhərindən Kürdəmir istiqamətinə aparıb. Onlar Ağsunun mərkəzindən 6-7 kilometr uzaqlıqda meyiti otlaq sahəsinə ataraq uzaqlaşıblar.


Qadının meyiti hadisədən 1 gün sonra – martın 23-də aşkar edilib.

Polis və prokurorluq orqanlarının həyata keçirdiyi tədbirlərlə qətlin üstü qısa müddətdə açılıb. Cinayəti törətməkdə şübhəli bilinən Ə.Sahabov və S.Məmmədov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə iş açılıb. İstintaq davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO