Şəhidin iki ailəsinə bir ev verildi, xanımı zirzəmidə yaşayır - VİDEO 

Şəhidin iki ailəsinə bir ev verildi, xanımı zirzəmidə yaşayır - VİDEO 

Hazırda oxunan: Şəhidin iki ailəsinə bir ev verildi, xanımı zirzəmidə yaşayır - VİDEO 

60368

Şəhid mayor Ruslan Cəfərovun xanımı Nəzakət Əliyeva ona verilən evin geri alınmasından şikayətçidir. 

Bizim.Media xəbər verir ki, şəhid xanımı bu barədə İTV-yə müraciət edib.

Məsələ araşdırılarkən məlum olub ki, ev şəhidin birinci evliliyindən olan oğluna verilib.

Qeydiyyata alınmasına baxmayaraq, şəhidin evsiz qalan ikinci həyat yoldaşı isə baxımsız vəziyyətdə olan zirzəmidə yaşayır. Mayor Ruslan Cəfərov şəhid olduqdan sonra həm Nəzakət xanıma, həm də şəhidin birinci həyat yoldaşından olan 18 yaşlı oğluna ev verilməsi nəzərdə tutulub. Amma sonradan ev Nəzakət xanıma yox, şəhidin oğluna təqdim olunub. 

N.Əliyevanın sözlərinə görə, həyat yoldaşı şəhid olduqdan sonra qayınatası tərəfindən onlara hədiyyə olunan evdən də çıxarılıb. Buna səbəb qayınanasının həmin evi satışa çıxarması olub. 
Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyinin müdir müavini Yunis İsmayılov bildirib ki, şəhid Ruslan Cəfərovun ailə üzvləri - övladı Raul Cəfərli və ikinci həyat yoldaşı Nəzakət Əliyeva yaşayış sahəsinə ehtiyacı olan qisimdə uçota alınıblar: 

Qurum rəsmisi şəhid ailə üzvünə təqdim edilmiş mənzilin onların bütün ailə üzvlərinin yaşaması üçün nəzərdə tutulduğunu bildirib. 

Xatırladaq ki, şəhid mayor Ruslan Cəfərov “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO