Goranboyda tanışlar arasında baş verən mübahisə qanla nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayon sakini 1992-ci il təvəllüdlü M. Əliyev bədənin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yeləşdirilib.
Zərərçəkən dərhal əməliyyata götürülüb, hazırda vəziyyətininn stabili olduğu bildirilir.
İlkin versiyaya görə, M.Əliyevə aralarında yaranan münaqişə zamanı tanışı 2009-cu il təvəllüdlü K.Əliyev kəsici deşici alətlə xəsarət yetirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən K.Əliyev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu


































































































