Hövsanda müəllim qətlə yetirildi

Hövsanda müəllim qətlə yetirildi

Hazırda oxunan: Hövsanda müəllim qətlə yetirildi

602704

Suraxanı rayonunda qətl hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

35 yaşlı Pərvanə Abbasova səhər saatlarında bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
 

Qadının qətlində həyat yoldaşı, 43 yaşlı Abbasov Vasif Zahid oğlu şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Ailə münaqişəsi zəminində baş verən hadisə ilə bağlı hazırda araşdırma aparılır.


Qeyd edək ki, iki uşaq anası Pərvanə Hövsan qəsəbəsində yerləşən orta məktəblərdən birində müəllim işləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO