Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

Hazırda oxunan: Orucluqdan sonra necə qidalanmalıyıq? - VİDEO

602699

Müqəddəs Ramazan ayı artıq geridə qalıb. Səbir, ibadət və paylaşma ilə keçən bu ayın ardından bayram bayrama qarışıb.

Bizim.Media Baku TV-yə istinadən xəbər verir ki, bir ay oruc tutandan sonra Novruz azuqələrindən yeyib bədənimizi şoka sala bilərik.

Çünki bədən bu qidalara alışıq deyil. Uzunmüddətli aclıqdan sonra qidalanma qaydalarına diqqət edilməzsə, sağlamlıqla bağlı ciddi problemlər ortaya çıxa bilər.

Diyetoloq Leyla Zülfüqarlı bildirir ki, gündəlik qidalanmada hər gün üçün bir əsas yemək seçilməsi daha məqsədəuyğundur:

"Vacib deyil ki, eyni süfrədə həm dolma, həm plov, həm də müxtəlif salatlar yer alsın. Salatların da yağlı və çiy növləri var. Tövsiyə edirəm ki, axşam yeməyində əsas isti yeməklərdən biri seçilsin.
 

Məsələn, plov seçilərsə, onun yanında mütləq çiy tərəvəz salatı olmalıdır. Xama ilə hazırlanmış yağlı salatlar günün birinci yarısında və ya əsas yemək kimi ayrıca qəbul edilməlidir.


Digər vacib məqam isə şirniyyatlarla bağlıdır. Şirniyyatlar əsas yemək süfrəsinə daxil edilməməlidir. Çünki şirniyyat süfrəsi öz-özlüyündə bir yemək fasiləsidir. Paxlava və şəkərburanın kalorisi bir boşqab yeməyə bərabərdir".



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO