Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

Hazırda oxunan: Xankəndidə bayram konserti keçirildi - FOTO/VİDEO

602682

Xankəndi şəhərində Novruz və Ramazan bayramları münasibətilə konsert proqramı təşkil olunub.

Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya  verilən məlumata görə, Zəfər meydanında keçirilən tədbir sakinlərlə yanaşı turistlərin də böyük marağına səbəb olub.
 

Konsert proqramında tanınmış müğənnilər çıxış edərək müxtəlif musiqi nömrələri təqdim ediblər. Tədbir Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəliyinin dəstəyi, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə baş tutub.


Gecənin sonunda təşkil olunan möhtəşəm atəşfəşanlıq bayram əhval-ruhiyyəsini daha da yüksəldib, şəhərdə unudulmaz mənzərə yaradıb.

Qeyd edək ki, bu kimi tədbirlər bölgədə ictimai-mədəni həyatın canlanmasına və sakinlərin asudə vaxtının səmərəli təşkilinə mühüm töhfə verir.













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO