AHİK uşaqlar üçün bayram tədbirləri təşkil edir – FOTO

AHİK uşaqlar üçün bayram tədbirləri təşkil edir – FOTO

Hazırda oxunan: AHİK uşaqlar üçün bayram tədbirləri təşkil edir – FOTO

602579

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və üzv təşkilatları Novruz bayramı münasibətilə respublikamızın müxtəlif şəhər və rayonlarında uşaqlar üçün silsilə bayram tədbirləri təşkil edirlər.

Bizim.Media xəbər verir ki, şənliklər çərçivəsində azyaşlılar üçün rəngarəng və əyləncəli proqramlar təqdim olunur, müxtəlif oyunlar təşkil edilir, uşaqlara bayram hədiyyələri verilir.

Bayram tədbirləri Şərqi Zəngəzur və Qarabağ bölgəsində yaşayan uşaqları da əhatə edib.
 

Füzuli, Cəbrayıl, Zəngilan, Laçın, Şuşa, Ağdam, Kəlbəcər, Xankəndi və Xocalıda keçirilən şənliklərdə AHİK nümayəndələri uşaqları Novruz bayramı münasibətilə təbrik edib, onların öz doğma torpaqlarında bayramı qeyd etmələrinin xüsusi sevinc və qürur hissi doğurduğunu vurğulayıblar.


Tədbirlərdə həmçinin Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə respublikamızda uşaqların sağlam, hərtərəfli və Vətənə layiqli vətəndaş kimi yetişməsi üçün yaradılan şəraitdən bəhs olunub.

Eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun uşaqların rifahına yönəlmiş sosial-humanitar layihələrinin əhəmiyyəti diqqətə çatdırılıb.

Novruz şənliklərində uşaqlar şeirlər səsləndirib, sevinclərini bölüşüblər.

Tədbirlərin sonunda AHİK tərəfindən azyaşlılara bayram sovqatları təqdim olunub.




















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO