Şimal bölgəsinin məscidlərində bayram namazı qılındı – FOTO/VİDEO

Şimal bölgəsinin məscidlərində bayram namazı qılındı – FOTO/VİDEO

Hazırda oxunan: Şimal bölgəsinin məscidlərində bayram namazı qılındı – FOTO/VİDEO

602562

Bu gün səhər şimal bölgəsinin Ramazan bayram namazı rayonlarında yerləşən məscidlərdə də qılınıb.

Bu barədə Bizim.Media-ya Qafqaz Müsəlmanları İdarəsi-nin Quba rayonu üzrə səlahiyyətli nümayəndəsi, Quba şəhərindəki “Ağ məscid”in imamı Anar Əyyubov məlumat verib.

Onun sözlərinə görə, səhər saatlarında Quba şəhərində fəaliyyət göstərən 5 məsciddə, eləcə də kənd məscidlərində bayram namazı qılınıb. Bir ay ərzində oruc tutaraq ibadət edən inanclı insanlar namaz zamanı ölkəmizin əmin-amanlığı, sabitliyi və insanların sağlamlığı naminə dualar ediblər.

Bayram namazı Xaçmaz və Qusar şəhərlərində, həmçinin bu rayonların kənd məscidlərində də qılınıb.

Qusar şəhərindəki Mustafa Kazdal adına məsciddə bayram namazı qılanlar arasında 10-a yaxın xarici vətəndaş da olub. Bloger Osman İmamovun verdiyi məlumata görə, Ramazan ayını Azərbaycanda qeyd edən əcnəbi müsəlmanlar da yerli dindarlarla birgə ibadət edib, namaz qılıblar.




















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO