Martın 19-da Ramazan ayının iyirmi səkkizinci günüdür.
Bizim.Media xəbər verir ki, imsak vaxtı 05:20-yə, iftar isə 19:06-ya təyin olunub.
İyirmi səkkizinci günün imsak duası:
“Allahummə ğəşşini fihi bir-rəhməh. Vərzuqni fihit-tovfiqə vəl-isməh. Və təhhir qəlbi min ğəyabihit-tuhməh. Ya rəhimən bi-ibadihil-mu-minin”.
Tərcüməsi:
“İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et! Bu gün mənə qüvvət və ismət nəsib et! Ürəyimi töhmətçilik qaranlığından təmizlə! Ey mömin bəndələrinə rəhmli olan Allah!”
İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”
Tərcüməsi:
“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
Allah orucunuzu qəbul etsin!
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:07 / 18.03.2026
Ramazanın 29-cu GÜNÜ: İftar və imsak vaxtları, günün duası
Hazırda oxunan: Ramazanın 29-cu GÜNÜ: İftar və imsak vaxtları, günün duası
Hazırda oxunan: Ramazanın 29-cu GÜNÜ: İftar və imsak vaxtları, günün duası
602303
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































