Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Hazırda oxunan: Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

602280

Çoxlarının yaşadığı belə bir narahatlıq var: tam qapıdan çıxmaq istərkən ayaqyolu ehtiyacı yaranır. Bəzi insanlar əhəmiyyət vermədən yaxud çox tələsdiyindən geri qayıtmır. Digərləri isə yenidən ayaqqabısını çıxarıb deyinə-deyinə zəruri ehtiyaclarını görürlər. 

Uroloqlar bildirirlər ki, əslində birinci qəbildən olan insanlar doğru davranırlar, yəni bədəni dözməyə, daha rahat şəraitdə ehtiyacını həll etməyə alışdırırlar. İkincilər isə bu vərdişin zərərli olduğunu bilməlidirlər. 

Bəs yaxın gələcəkdə hansı problemləri yarada bilər? 

Amerikalı uroloq Hezer Cefkot bildirir ki, hər dəfə bu vərdiş təkrarlandıqca, bədən şüuraltı olaraq daha tez-tez sidiyə getmək ehtiyacı hiss etməyə başlayır ki, bu da zamanla sidikqaçırtma, sistit xəstəliyinə səbəb ola bilər. 
 

"Bunu ara-sıra etsəniz, problem deyil. Amma vərdiş halına gətirsəniz, sidik kisəniz düzgün dolmayacaq. Həmişə yalnız qismən dolacaq", - deyə o bildirib. 


Həkim diqqətə çatdırıb ki, tualetə getmək üçün ideal tezlik hər üç saatdan birdir. Gecələr isə ayaqyolu ehtiyacından öncə insan minimum 6 saat yatmış olmalıdır. 

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO