Tanınmış aparıcılar AzTV-dən AYRILDI - FOTO

Tanınmış aparıcılar AzTV-dən AYRILDI - FOTO

Hazırda oxunan: Tanınmış aparıcılar AzTV-dən AYRILDI - FOTO

602248

Bir müddət əvvəl maliyyə intizamsızlığı ilə gündəmə gələn Azərbaycan Dövlət Televiziyasının (AzTV) rəhbərliyi haqqında bu dəfə işçi əməyinin istismarı ilə bağlı xəbərlər yayılıb.

Bizim.Media “gununsesi.info”ya istinadən xəbər verir ki, AzTV rəhbərliyi ikinci iş yerləri olan teleaparıcılara seçim təklif edib.

Belə ki, AzTV sədri Rövşən Məmmədov başqa dövlət qurumlarında mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə rəhbərlik edən bir sıra əməkdaşlara AzTV-də qalmağın yeganə şərti kimi ictimai əsaslarla işləməyi təklif edib.

Bu isə başqa qurumlarda mətbuat katibi çalışan teleaparıcıların- Namiq Əliyevin, Ceyhun Səfərin, Nərmin Xəlilovanın istefası ilə nəticələnib.

Yerdə qalan iki aparıcı isə pulsuz efir aparmaq təklifini qəbul edib.

Azərbaycanın əmək qanunvericiliyində bir şəxsin iki iş yerində çalışmasına hər hansı qadağa yoxdur.

Belə ki, qanunvericilikdə işə götürənə daimi ştatlarla yanaşı həm də xidmət müqaviləsi çərçivəsində bu imkan yaradılır.

AzTV də isə bu hal sadəcə əməyin istismarı sayılmalıdır.
 

Məsələ ilə bağlı AzTV-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinindən isə Gununsesi.info-nun sorğusuna isə cavab olaraq bildirilib ki, AzTV-nin kadr siyasəti ilə bağlı məsələ QSC-nin də daxili işi, daxili siyasətidir:


“Sorğunuza və təklifinizə görə təşəkkür edirik. Lakin onu da diqqətinizə çatdırmaq istəyirik ki, kadr siyasəti hər bir qurum kimi, QSC-nin də daxili işi, daxili siyasətidir və bu məsələ ilə bağlı hər hansı açıqlama verməyi də doğru hesab etmirik. Bizim əməkdaşlarımız görülən işlərdən narazı olduqda, birbaşa QSC-nin rəhbərinə müraciət edir və suallarına cavab tapır”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO