Müşfiqabad hövzəsində tikinti işləri nə yerdədir? – RƏSMİ AÇIQLAMA

Müşfiqabad hövzəsində tikinti işləri nə yerdədir? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Müşfiqabad hövzəsində tikinti işləri nə yerdədir? – RƏSMİ AÇIQLAMA

602191

Bakı şəhəri və Abşeron rayonu ərazisində yeni kanalizasiya kollektorlarının və tullantı sularının təmizlənməsi qurğularının tikintisinə başlanılıb.

Bizim.Media xəbər verir ki, bunu "Tikilməkdə Olan Obyektlərin Müdriyyəti" publik hüquqi şəxsin (TOOM) Bakı və Abşeron üzrə tikinti sektorunun müdiri İman Rzayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda Müşfiqabad hövzəsi layihəsi üzərində işlər davam etdirilir:

“Layihə çərçivəsində ümumi uzunluğu 17,3 kilometr olan kollektor xətti tikilir. Layihə Xırdalan şəhərində, 28 May, Müşfiqabad, Hökməli və Aşağı Güzdək qəsəbələrində formalaşan tullantı sularının idarə edilməsinə, həmçinin Ceyranbatan Su Anbarının ətrafında formalaşan qrunt sularının tənzimlənməsinə və ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edəcək. Müşfiqabad hövzəsində gündəlik məhsuldarlığı 75 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi həyata keçirilir. Qurğunun əlavə 75 min kubmetrlik hissəsinin isə növbəti mərhələdə tikilməsi planlaşdırılır”.

Onun sözlərinə görə, kollektor üzrə 7 şaxtada iş aparılır:

“Onlardan 4-də işlər tamamlanıb, 3-də isə iş davam edir. Layihə 3 il müddətində yekunlaşmalıdır. Layihənin maliyyə dəyəri sutəmizləyici qurğu üzrə 102 milyon manat, kollektor üzrə 135 milyon manatdır. Layihə dövlət vəsaiti hesabına maliyyələşdirilir və əlavə vəsaitə ehtiyac olunması gözlənilmir. Bakı üzrə əlavə olaraq 7 kollektor, 2 sutəmizləyici qurğu və nasos stansiyalarının tikintisi də davam etdirilir. Təmizləyici qurğudan çıxan su təmiz olacaq və suvarma məqsədilə istifadə oluna biləcək. Layihənin icrası Xəzər dənizinin ekoloji vəziyyətinə müsbət təsir göstərəcək".

Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO