Hərbi Akademiyanın kursantı itkin düşdü - FOTO

Hərbi Akademiyanın kursantı itkin düşdü - FOTO

Hazırda oxunan: Hərbi Akademiyanın kursantı itkin düşdü - FOTO

60164

Heydər Əliyev adına Hərbi Akademiyanın kursantı itkin düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə APA-ya kursantın qohumu Adil Babaşov məlumat verib.

A.Babaşov bildirib ki, qohumu 2000-ci il təvəllüdlü Hüseynli Vüsal Elşən oğlu fevralın 13-ü akademiyaya getmək üçün yaşadığı Sumqayıt şəhərindən Bakıya yola düşüb.

Bundan sonra ondan xəbər olmayıb. İlkin məlumata görə, Vüsal Hüseynli sonuncu dəfə "28 May" metrostansiyasından çıxarkən görülüb.

Məsələ ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinə məlumat verilib.

Onu görən şəxslərdən 055 791 65 33 nömrəsinə məlumat vermələri xahiş olunur.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO