Zaqatalada yaşayış evi yandı

Zaqatalada yaşayış evi yandı

Hazırda oxunan: Zaqatalada yaşayış evi yandı

601577

Zaqatalada fərdi yaşayış evində yanğın hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Qımır kəndində, kənd sakini 1989-cu il təvəllüdlü Mazanov Xoşbəxt Etibar oğluna məxsus yaşayış evində qeydə alınıb.

Hadisə yerinə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunublar.
 

Yanğın zamanı ümumi sahəsi 450 kvadratmetr olan 2 mərtəbəli yaşayış evinin dam örtüyünün 225 kvadratmetr hissəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.


Hadisə nəticəsində xəsarət alan olmayıb./Unikal.az

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO