2025-ci ildə işğaldan azad edilmiş ərazilərə ümumilikdə 3893 ailə olmaqla, 15781 nəfər köçürülüb.
Bizim.Media xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında əks olunub.
Qeyd edilib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə artıq 30 minə yaxın köçkün evlərlə təmin edilib və orada yaşayırlar, ümumilikdə isə 74750 nəfər bu ərazilərdə yaşamaqla inşaat, dövlət işlərində və digər sahələrdə müxtəlif vəzifələrdə çalışırlar.
Ötən il Qarabağ və Şərqi Zəngəzurda tutulan vakant yerlərin yaşayış məntəqələri üzrə sayını təqdim edirik:
Zəngilan rayonu Ağalı kəndi üzrə 113,
Laçın şəhəri üzrə 341,
Laçın rayonu Zabux kəndi üzrə 97,
Füzuli şəhəri üzrə 499,
Şuşa şəhəri üzrə 222,
Laçın rayonu Sus kəndi üzrə 45,
Laçın rayonu Məmmədbəyli kəndi üzrə 9,
Cəbrayıl şəhəri üzrə 484,
Xocalı şəhəri üzrə 44,
Ağdam rayonu Sarıcalı kəndi üzrə 126,
Ağdərə rayonu Həsənriz kəndi üzrə 70,
Ağdərə rayonu Suqovuşan kəndi üzrə 112,
Ağdam rayonu Kəngərli kəndi üzrə 108,
Laçın rayonu Bəylik kəndi üzrə 39,
Ağdam rayonu Xıdırlı kəndi üzrə 146,
Xocalı rayonu Ballıca kəndi üzrə 151,
Xocalı rayonu Xanyurdu kəndi üzrə 29,
Xocalı rayonu Təzəbinə kəndi üzrə 31,
Ağdərə rayonu Vəngli kəndi üzrə 30,
Xocalı rayonu Şuşakənd kəndi üzrə 14,
Kəlbəcər rayonu üzrə 57,
Xocalı rayonu Daşbulaq kəndi üzrə 6,
Xocavənd rayonu Hadrut qəsəbəsi üzrə 5,
Xocavənd rayonu Qırmızı Bazar qəsəbəsi üzrə 13,
Xocalı rayonu Badara kəndi üzrə 5,
Cəbrayıl rayonu Horovlu kəndi üzrə 31,
Xocavənd rayonu Sos kəndi üzrə 3,
Ağdərə rayonu Talış kəndi üzrə 5,
Ağdərə rayonu Kolatağ kəndi üzrə 8,
Xocalı rayonu Seyidbəyli kəndi üzrə 4.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:00 / 13.03.2026
Qarabağda işlə təmin olunanların sayı – Rayonlar üzrə STATİSTİKA
Hazırda oxunan: Qarabağda işlə təmin olunanların sayı – Rayonlar üzrə STATİSTİKA
Hazırda oxunan: Qarabağda işlə təmin olunanların sayı – Rayonlar üzrə STATİSTİKA
601190
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































