"Google Maps"dən Bakı ilə bağlı YENİLİK - FOTO

"Google Maps"dən Bakı ilə bağlı YENİLİK - FOTO

Hazırda oxunan: "Google Maps"dən Bakı ilə bağlı YENİLİK - FOTO

600788

"Google Maps" platformasında Bakı şəhərinin ictimai nəqliyyat marşrut şəbəkəsi üzrə məlumatlar yenilənib.

Bizim.Media Baku.ws-ə istinadən xəbər verir ki, yenilənmədən sonra paytaxtda fəaliyyət göstərən avtobus marşrutları, dayanacaqlar və hərəkət istiqamətləri xəritədə daha dəqiq və ətraflı şəkildə göstərilib.

Yenilənmiş məlumatlar sayəsində istifadəçilər şəhər daxilində hərəkəti daha rahat planlaşdıra biləcəklər.
 

Xəritədə konkret avtobus marşrutunun hansı küçələrdən keçdiyini, dayanacaqların dəqiq yerləşməsini və marşrutun istiqamətini görmək mümkün olacaq. Bu isə xüsusilə gündəlik olaraq ictimai nəqliyyatdan istifadə edən sərnişinlər üçün böyük rahatlıq yaradır.


Qeyd edək ki, sistemdə edilən yeniləmələr nəticəsində istifadəçilər marşrut seçərkən daha düzgün qərar verə, alternativ yolları müqayisə edə və səfər vaxtını daha dəqiq hesablaya biləcəklər. Bundan əlavə, turistlər və şəhəri yaxşı tanımayan şəxslər üçün də bu dəyişikliklər navigasiyanı xeyli asanlaşdırır.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO