Niderlandın İrandakı səfirliyi müvəqqəti olaraq Azərbaycana KÖÇÜRÜLDÜ

Niderlandın İrandakı səfirliyi müvəqqəti olaraq Azərbaycana KÖÇÜRÜLDÜ

Hazırda oxunan: Niderlandın İrandakı səfirliyi müvəqqəti olaraq Azərbaycana KÖÇÜRÜLDÜ

600785

Niderlandın İrandakı səfirliyi müvəqqəti olaraq Tehrandan Azərbaycana köçürülüb.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Tom Berendsen özünün “X” hesabında məlumat paylaşıb.

“Əməkdaşlarımızın təhlükəsizliyinə artan risklərlə əlaqədar İranın Niderland səfirliyinin fəaliyyətinin müvəqqəti olaraq Azərbaycanın Bakı şəhərinə köçürülməsi qərara alınıb.
 

İranda baş verən hadisələri diqqətlə izləyirik. Əgər təhlükəsizlik vəziyyəti buna imkan verərsə, Niderland səfirliyinin fəaliyyətinin Tehranda yenidən nə vaxt və hansı formada bərpa oluna biləcəyi barədə qərar veriləcək”, - deyə nazir yazıb.


Qeyd edək ki, bu gün Niderlandın İrandakı səfiri və səfirlik əməkdaşları Azərbaycan sərhədi ilə təxliyə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO