Özbəkistanda cəzalandırılan “xalq təbibi” Bakıda pasiyent qəbul edir

Özbəkistanda cəzalandırılan “xalq təbibi” Bakıda pasiyent qəbul edir

Hazırda oxunan: Özbəkistanda cəzalandırılan “xalq təbibi” Bakıda pasiyent qəbul edir

600744

Özbəkistanda tibbi fəaliyyətə icazəsi olmadan xidmət göstərdiyinə görə cəzalandırılan “xalq təbibi” İqbol Soliyev hazırda Bakıda fəaliyyət göstərir və pasiyent qəbul edir.

Bizim.Media xəbər verir ki, Soliyev 7–14 mart tarixlərində paytaxtda yerləşən estetik mərkəzin birində pasiyentləri canlı növbə ilə qəbul etdiyini elan edib.
 

Məlumatlara əsasən, özünü təbii üsullarla müalicə edən şəxs kimi təqdim edən Soliyev pasiyentləri tüpürmək, vurmaq və sığallamaq kimi qeyri-adi üsullarla “müalicə etdiyini” iddia edir. Onun sosial şəbəkə səhifələrində yayılan görüntülərdə müxtəlif insanların bu üsullardan sonra dərhal yaxşılaşdıqları göstərilir.


Bildirilir ki, son günlər Soliyevin qəbuluna əsasən yaşlı insanlar və pensiyaçıların gəldiyi qeyd olunur. Bəzi videolarda isə “müalicə”dən sonra insanların dərhal ayağa qalxdığı və vəziyyətlərinin yaxşılaşdığı iddia edilir.

Özbəkistan mediasının məlumatına görə, 2025-ci il 17 dekabr tarixində Kokand şəhər cinayət işləri üzrə məhkəməsi İqbol Soliyev barəsində qərar çıxarıb. Məhkəmə müəyyən edib ki, o, xalq təbabəti ilə bağlı fəaliyyət göstərmək üçün lazımi icazə olmadan tibbi xidmətlər təqdim edib.

Bu səbəbdən onun fəaliyyəti Özbəkistan qanunvericiliyinə uyğun olaraq qanunsuz hesab edilib və Soliyev 10 sutka inzibati həbs cəzasına məhkum olunub.
 

Özbəkistan hakimiyyəti bildirib ki, tibbi xidmətlərin müvafiq icazə və nəzarət olmadan göstərilməsi vətəndaşların sağlamlığı üçün risk yaradır və belə fəaliyyət qanunla məsuliyyət doğurur.


Hazırda isə Soliyev Bakıda fəaliyyətini davam etdirir və onun qəbuluna gələnlərin sayı artmaqdadır. (Minval.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO