Şəmkirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Bizim.Media xəbər verir ki, hadisə Dəllər Cəyir kəndində qeydə alınıb.
Avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 2005-ci il təvəllüdlü Nağıyeva Rəşidə Rəşid qızı, 1991-ci il təvəllüdlü Zeynalov Rəşad Şahmalı qızı, 1984-cü il təvəllüdlü Zeynalov Toğrul Şahmalı oğlu, 2011-ci il təvəlıüdıü Zeynalov Ramal Vasif oğlu və sürücü, 1984-cü il təvəllüdlü Zeynalova Ülviyyə Şərafət qızı xəsarət alıb.
Yaralılardan 4-ü evə buraxılıb, bir nəfərin müalicəsi Şəmkir rayon Mərkəzi Xəstəxanasında davam edir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

































































































