Bazarda satıcı almanı tüpürüb SİLİR - VİDEO

Bazarda satıcı almanı tüpürüb SİLİR - VİDEO

Hazırda oxunan: Bazarda satıcı almanı tüpürüb SİLİR - VİDEO

600351

Salyan rayon bazarında çəkildiyi iddia olunan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Bizim.Media  xəbər verir ki, yayılan videoda bazarda meyvə satan şəxsin almanı daha parlaq göstərmək məqsədilə ona tüpürərək sildiyi görünür.

Kadrlarda satıcının almanı tüpürcək vasitəsilə təmizlədikdən sonra yenidən satış üçün piştaxtaya qoyduğu əks olunur.
 

Sözügedən görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin tənqid olunub. Bir çox istifadəçi bu cür davranışın həm gigiyena qaydalarına zidd olduğunu, həm də alıcıların sağlamlığı üçün risk yaratdığını qeyd edib.


Hadisənin hansı tarixdə çəkildiyi və satıcının kimliyi ilə bağlı hələlik məlumat verilməyib. /Musavat.com


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO