Sumqayıtda avtomobil qəzası minlərlə abonenti QAZSIZ QOYDU

Sumqayıtda avtomobil qəzası minlərlə abonenti QAZSIZ QOYDU

Hazırda oxunan: Sumqayıtda avtomobil qəzası minlərlə abonenti QAZSIZ QOYDU

600185

Sumqayıt şəhərində qaz xəttinin zədələnməsi səbəbindən bir sıra abonentlərin qaz təchizatında fasilə yaranıb.

Bizim.Media “report.az”a istinadla xəbər verir ki , hadisə şəhərin Maksim Qorki küçəsində qeydə alınıb.
 

Məlumata görə, diametri 108 millimetr olan yüksəktəzyiqli qaz xətti avtoqəza nəticəsində zədələnib. Bu səbəbdən ərazidə qaz təchizatı dayandırılıb. Nəticədə təxminən 1100 abonentin qaz təminatında müvəqqəti fasilə yaranıb.


Hazırda qəza baş verən ərazidə müvafiq qurumların əməkdaşları tərəfindən təmir-bərpa işləri aparılır. Qaz təchizatının qısa müddətdə bərpa olunacağı bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO