400 yaşını qeyd edən “yeməli” çiçəklər – Cəmi üç dənəsinə ev almaq mümkün idi

400 yaşını qeyd edən “yeməli” çiçəklər – Cəmi üç dənəsinə ev almaq mümkün idi

Hazırda oxunan: 400 yaşını qeyd edən “yeməli” çiçəklər – Cəmi üç dənəsinə ev almaq mümkün idi

600152

Tülpan, yaxud Dağlaləsi və ya Holland laləsi də adlanan bu güllər dünyanın ən məşhur güllərindəndir. Yazda və yayın əvvələrində soğanaqlardan inanılmaz gözəlliyə malik gülləri yetişir. 

Dağlaləsininin becərilmə tarixi qədim zamanlara gedib çıxır. 

Bu möhtəşəm gül on yeddinci əsrdə Hollandiyada ən çox becərilən gül kimi məşhurlaşmışdı. Onları dünyaya hollandlar tanıtdığına görə Holland laləsi deyilirdi, amma botanikada Tulipa olaraq təsnifatlandırılan bu bitkinin adı əslində “türban” sözündən götürülüb. Farsça “türban” çalma formasında dolanan baş örtüyünə deyilir. İlk dəfə 8-ci əsrə aid qeydlərdə bu çiçəyin təsvirinə rast gəlinib. 
 

Hollandiyada bu çiçəklər o qədər yüksək qiymətləndirilirdi ki, cəmi bir neçə soğanaq bir evə dəyişdirilirdi. Hətta Hollandiya Milli Muzeyində bunun rəsmi sübutu da var. Orada cəmi üç ədəd soğanağa satılan bir evin sənədi saxlanılır. 


Hazırda isə Azərbaycanda da çox sevilən bu çiçəkləri ev yox, su qiymətinə əldə etmək mümkündür. Bir ədədi 2.50 qəpiyə, bəzi yerlərdə isə axşam saatlarında 2 manata satılır. 

Ev şəraitində də yetişdirilə bilən, 80-dən çox növ və minlərlə çeşiddən ibarət olan tülpanlar çoxillik bitkilərdir. 

Görünüşcə kiçik soğanlara bənzəyən bu bitkinin kökü İkinci Dünya Müharibəsi zamanı insanların işinə yarayıb. Soğanaqlar yeməli olduqları üçün qida kimi istifadə olunurdu. Adi soğandan fərqli olaraq acı yox, şirintəhər dadı var. Bu gün isə bu yeməli, gözəl çiçəklərin günüdür!

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO