Qeydiyyatsız yaşayanlara - Xəbərdarlıq

Qeydiyyatsız yaşayanlara - Xəbərdarlıq

Hazırda oxunan: Qeydiyyatsız yaşayanlara - Xəbərdarlıq

600135

Vətəndaşların yaşadığı yer üzrə qeydiyyata düşməsi qanunvericilikdə öz əksini tapsa da, buna əməl etməyənlər hələ də var. Bunun nəticəsidir ki, son vaxtlar hüquq mühafizə orqanları tərəfindən bu istiqamətdə araşdırmalar gücləndirilib. Qanunların pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulub.

Bizim.Media Milli.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı hüquqşünas Arslan Mikayılov bildirib ki, əgər vətəndaş hər hansı səbəbdən yaşayış yerini dəyişərsə, mütləq İcra Hakimiyyəti orqanına müraciət edərək müvəqqəti qeydiyyata alınmalıdır:

"Qeyd olunan qanunvericiliyin tələblərinə riayət edilmədikdə, İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsinə əsasən, 30 manat məbləğində cərimə oluna bilərsiniz. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müvafiq nəzarəti DİN həyata keçirir.

Qanunvericiliyə əsasən, vətəndaş yaşayış yerini dəyişdikdə 10 gün müddətinə müvafiq orqana müraciət edib qeydiyyata düşməlidir".

Qeyd edək ki, evinin çıxarışı olmayan şəxslər də yaşayış yeri üzrə qeydiyyata düşə bilərlər.

Bunun üçün onlar E-polis mobil tətbiqinə onlayn şəkildə müraciət edərək qeydiyyat prosesini rahat və operativ şəkildə həyata keçirə bilərlər.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO