Məhkəmə orqanlarında çalışan qadın hakimlərin sayı açıqlanıb.
Bu barədə Bizim.Media-nın sorğusuna Məhkəmə-Hüquq Şurasından məlumat verilib.
Məlumatda bildirilib ki, hazırda məhkəmə sistemində 710 hakim fəaliyyət göstərir:
“Onların 211 nəfəri qadın hakimlərdir. Son təyin olunan 34 hakimdən isə 17 nəfəri xanımdır”.
Qeyd edək ki, 2026-ci il martın 4-də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il 3 mart tarixli Sərəncamı ilə birinci instansiya məhkəmələrinə təyinat alan 34 hakimin andiçmə mərasimi olub.
Naibə Məmmədova, Bixim.Media



























































































