SON DƏQİQƏ! Ramiz Mehdiyevin bankı ilə bağlı qərar verildi – RƏSMİ

SON DƏQİQƏ! Ramiz Mehdiyevin bankı ilə bağlı qərar verildi – RƏSMİ

Hazırda oxunan: SON DƏQİQƏ! Ramiz Mehdiyevin bankı ilə bağlı qərar verildi – RƏSMİ

600036

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin bu gün qəbul etdiyi qərarla, qanunvericiliyə müvafiq olaraq, "Bank BTB" ASC-nin müraciəti əsasında onun bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi formasında yenidən təşkilinə qabaqcadan razılıq verilib.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! Ramiz Mehdiyevin bankı ilə bağlı qərar verildi – RƏSMİ


Bizim.Media xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

“Qeyd olunan razılıq əsasında, Bank "BTB" ASC tərəfindən BOKT-yə çevrilmə istiqamətində zəruri tədbirlər "Bankların yenidən təşkili haqqında Qaydalar" ilə müəyyən edilmiş prosesə uyğun olaraq Mərkəzi Bankın nəzarəti altında həyata keçiriləcəkdir.

Bu çərçivədə, Bank "BTB" ASC ilə aktivlərinin həcminə görə ölkənin ən iri bankı olan "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) arasında "Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə" imzalanıb.
 

Bu müqaviləyə uyğun olaraq Bank "BTB" ASC-də müddətli və tələbli depozitləri olan fiziki və hüquqi şəxslərin razılığı ilə onların depozitlərinə qüvvədə olan şərtlər dəyişdirilmədən ABB-də xidmətin davam etdirilməsi, yaxud ABB tərəfindən onların depozitlərinin geri qaytarılması təmin olunacaqdır.


Həmçinin, Bank "BTB" ASC-yə kredit borcu və ya digər öhdəlikləri olan müştərilərə qarşı tələb hüquqları ABB-yə ötürüləcək və ödənişlərin qəbulu ABB tərəfindən həyata keçiriləcəkdir. Sözügedən məsələlərlə bağlı müştərilərə məlumatlar ABB və Bank "BTB" ASC tərəfindən müvafiq kommunikasiya kanalları vasitəsilə çatdırılacaqdır.

Beləliklə, Bank "BTB" ASC-nin yenidən təşkili bankın kreditorları, o cümlədən əmanətçiləri üçün heç bir təhdid yaratmır.
 

Bank "BTB" ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi cəmi 0.6%, kredit portfelində 0.9%, sektorun öhdəliklərində isə 0.6% təşkil edir”, - deyə məlumatda qeyd olunub.


Xatırladaq ki, “Bank BTB”-nin əsas səhmdarı 76,7 faiz payla PA-nın sabiq rəhbəri, dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyevadır. Digər səhmdarlar Rza Sadıq (17,7 faiz) və Tükəzban Mahmudovadır (5,6 faiz). Rza Sadıq eyni zamanda bankın Müşahidə Şurasının sədridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO