DİN-də rəhbər vəzifələrdə çalışan qadınların SAYI AÇIQLANDI

DİN-də rəhbər vəzifələrdə çalışan qadınların SAYI AÇIQLANDI

Hazırda oxunan: DİN-də rəhbər vəzifələrdə çalışan qadınların SAYI AÇIQLANDI

599649

“Hazırda Daxili İşlər Nazirliyində 64-ü rəhbər vəzifələrdə olmaqla 4134 qadın əməkdaş xidmət edir ki, bu da şəxsi heyyətin ümumi sayının təxminən 12 faizidir”.

Bizim.Media xəbər verir ki, bunu daxili işlər nazirinin müavini İsmət Əliyev Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən dinləmədə deyib.

O bildirib ki, ötən il ailə münaqişəsi zəminində qadınlara qarşı törədilən cinayətlərin sayında azalma müşahidə olunub:

“Belə ki, qeydə alınmış ümumi cinayətlərin yalnız 8,2 faizini qadınlara qarşı zorakılıq faktı təşkil edib. Məişət zorakılığı ilə bağlı qeydə alınmış 1396 cinayət işi üzrə 1413 zəzərçəkmiş şəxs müəyyən edilib”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO