“Qəbul olunan qanunlar cəmiyyətdə qadınların rolunun artırılmasında mühüm rol kəsb edir. 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” haqqında qanun qəbul olundu. Həm gender bərabərliyi, həm də məişət zorakılığı ilə bağlı qanunun qəbul olunması çox keşməkeşli yollardan keçdi. Çünki bunları cəmiyyətin bir hissəsi qəbul etmirdi. Amma söhbət hüquqdan, hüquq bərabərliyindən gedir”.
Bizim.Media xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən dinləmədə deyib.
“Məişət zorakılığı ilə bağlı qanunun qəbulu zamanı yadımdadır ki, Milli Elmlər Akademiyasında müzakirə elədik. Nə qədər fikirlərlə üz-üzə gəldik. Hesab edirdilər ki, məişət zorakılığı Cinayət Məcəlləsində var və bu haqda tədbir görülə bilər. Məişət zorakılığı haqqında qanuna ehtiyac yoxdur. Hətta Milli Məclisdə deputatlardan biri demişdi ki, əgər bu qanun qəbul olunsa, mən istefa verəcəm. Amma istefa vermədi, sonra gəlib səs verdi”, - sədr müavini bildirib.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:47 / 04.03.2026
Sədr müavini: “Deputatlardan biri demişdi ki, bu qanun qəbul olunsa, istefa verəcəm”
Hazırda oxunan: Sədr müavini: “Deputatlardan biri demişdi ki, bu qanun qəbul olunsa, istefa verəcəm”
Hazırda oxunan: Sədr müavini: “Deputatlardan biri demişdi ki, bu qanun qəbul olunsa, istefa verəcəm”
599644
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































