Doğum günü 4 ildən bir qeyd edilən ŞƏHİD - Devid Cəlilovun HƏYAT HEKAYƏSİ - VİDEO

Doğum günü 4 ildən bir qeyd edilən ŞƏHİD - Devid Cəlilovun HƏYAT HEKAYƏSİ - VİDEO

Hazırda oxunan: Doğum günü 4 ildən bir qeyd edilən ŞƏHİD - Devid Cəlilovun HƏYAT HEKAYƏSİ - VİDEO

599254

Xaçmazın Xudat şəhərindən olan antiterror şəhidi Devid Cəlilovun doğum günü 4 ildən bir qeyd edilir. 2004-cü ilin 29 fevralında dünyaya göz açan şəhidin ad günü bu il fevralın 28-də qeyd edilib.

Devid Cəlilov 29 fevral 2004-cü ildə Xaçmaz rayonunun Xudat şəhərində anadan olub. Xudat şəhərindəki 3 nömrəli orta məktəbdə təhsil alıb.
 

Orta təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarına xidmətə çağrılıb. Devid Cəlilov  Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə rayonunda şəhid olub.
Tərxis olunmasına cəmi 10 gün qalıbmış…


Ətraflı Bizim.Media-nın videosüjetində: 


Aytəkin Alxaslı, İntiqam İbrahimov, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO