Üzərliklə bağlı daha bir RƏSMİ XƏBƏRDARLIQ

Üzərliklə bağlı daha bir RƏSMİ XƏBƏRDARLIQ

Hazırda oxunan: Üzərliklə bağlı daha bir RƏSMİ XƏBƏRDARLIQ

599248

Dövlət Dəniz və Liman Agentliyi Rusiyanın Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin Rusiyadakı Səfirliyinə daxil olan notaya əsasən dənizçilərə çağırış edir.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Dəniz və Liman Agentliyi məlumat yayıb.

Bildirilir ki, notada harmala (üzərlik) bitkisinin narkotik tərkibli bitkilər siyahısına daxil edildiyi və Rusiya ərazisində nəzarətə götürüldüyü qeyd olunub.

Həmçinin sözügedən bitkinin qanunsuz dövriyyəsi, saxlanılması və ya qaçaqmalçılığının Rusiya qanunvericiliyinə uyğun olaraq inzibati və cinayət məsuliyyəti daşıdığı da bildirilib.
 

Dövlət Dəniz və Liman Agentliyi qeyd olunanları nəzərə alaraq dənizçilərə xarici dövlətlərin, xüsusilə Rusiyanın ərazisinə giriş və çıxış zamanı müvafiq ölkələrin qanunvericiliyinə ciddi riayət etməyi, habelə harmala (üzərlik) bitkisi də daxil olmaqla bir sıra ölkələrdə qadağan edilmiş maddələrin siyahısı ilə əvvəlcədən tanış olmağı, həmin maddələrin istifadəsindən, daşınmasından və saxlanılmasından qəti şəkildə çəkinməyi tövsiyə edir.


Xatırladaq ki, ötən ay Səhiyyə Nazirliyi üzərlik bitkisi ilə bağlı əhaliyə müraciət edib. Müraciətdə bildirilib ki, tərkibindəki psixoaktiv alkaloidlərə görə üzərlik bitkisi və onun ekstraktları bir çox ölkələrdə nəzarətə alınan maddələr siyahısına daxil edilib. Rusiya Federasiyası Hökumətinin 7 yanvar 2024-cü il tarixli, 135 nömrəli qərarı ilə üzərlik (qarmala) bitkisi rəsmən "narkotik vasitələr olan bitkilər" siyahısına salınıb. Bu o deməkdir ki, Rusiya ərazisində həmin bitkinin idxalı, daşınması, saxlanması və satışı qanunsuz hesab olunur və cinayət məsuliyyətinə səbəb olur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO