İrandan Azərbaycana 39 Rusiya vətəndaşı təxliyə edilib – Səfirlik

İrandan Azərbaycana 39 Rusiya vətəndaşı təxliyə edilib – Səfirlik

Hazırda oxunan: İrandan Azərbaycana 39 Rusiya vətəndaşı təxliyə edilib – Səfirlik

599141

Hazırda İrandan Azərbaycan sərhədi vasitəsilə 39 Rusiya vətəndaşı təxliyə olunub.

Bu barədə Bizim.Media Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin məlumatına istinadən xəbər yayıb.

Səfirliyin açıqlamasında bildirilir ki, 1 mart 2026-cı il tarixində Rusiya vətəndaşlarının İran–Azərbaycan dövlət sərhədini “Astara” buraxılış məntəqəsi vasitəsilə mütəşəkkil keçidi başlayıb.

“Hazırkı məlumata görə, 39 Rusiya Federasiyası vətəndaşı sərhədi keçib. Bakıda Rusiya səfirliyinin əməkdaşları Azərbaycan hakimiyyəti ilə sıx koordinasiya şəraitində soydaşlara hərtərəfli dəstək göstərməyə davam edirlər”, — deyə məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO