Astara sərhəd-keçid məntəqəsi vasitəsilə 15-ə yaxın Rusiya Federasiyası vətəndaşı təxliyə olunub.
Bizim.Media xəbər verir ki, bu saatlarda sözügedən şəxslərin Astara SGK vasitəsilə Azərbaycan tərəfə keçidi təmin edilib.
Təxliyə olunanlardan Aleksandr Davıdov bildirib ki, işlə bağlı İran ərazisində olublar.
“İran tərəfində hər hansı xoşagəlməz hal görmədik. Sərhədi problemsiz keçdik. Azərbaycan tərəfi bizi çox yaxşı qarşıladı, isti çay və şirniyyat təqdim etdilər. Buna görə təşəkkür edirik”.
Hazırda Astara sərhəd-keçid məntəqəsində təxliyə prosesi davam edir.
Sabutay, Bizim.Media, Cənub bürosu

- A-
- A
- A+
Cəmiyyət
23:04 / 01.03.2026
15-ə yaxın Rusiya vətəndaşı Azərbaycana təxliyə olundu
Hazırda oxunan: 15-ə yaxın Rusiya vətəndaşı Azərbaycana təxliyə olundu
Hazırda oxunan: 15-ə yaxın Rusiya vətəndaşı Azərbaycana təxliyə olundu
599087
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































