Güclü küləyin yaratdığı fəsadlar aradan qaldırıldı

Güclü küləyin yaratdığı fəsadlar aradan qaldırıldı

Hazırda oxunan: Güclü küləyin yaratdığı fəsadlar aradan qaldırıldı

598758

Ölkə ərazisində davam edən güclü külək qərb regionunda, eləcə də Goranboyda bir sıra ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaradıb.

Bu barədə Bizim.Media-ya “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, buna səbəb güclü küləyin təsiri ilə irigövdəli ağacların qırılaraq elektrik xətlərinin üzərinə aşması və nəticədə qəzaların yaranmasıdır.

“Küləyin şiddəti və üstəlik aşan ağacların ərazidən təmizlənməsi “Azərişıq” ASC əməkdaşlarına əlavə problem yaradır. Bütün çətinliklərə baxmayaraq “Azərişıq” ASC-nin əməkdaşları böyük fədakarlıqla qəzanı aradan qaldırmaq üçün fasiləsiz çalışır. Artıq bir çox yaşayış məntəqələrində enerjinin verilişi təmin olunub. Qısa zaman ərzində digər ərazilərdə də elektrik enerjisi bərpa ediləcək”, - deyə əlavə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO