“Bir neçə saat bundan əvvəl gözəl xəbərlər yayıldı, qadağada olan insanların siyahısı açıqlandı. Bu siyahını tərtib edən insanlara təşəkkürümü bildirirəm”.
Bizim.Media xəbər verir ki, bunu klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial şəbəkə hesabında çəkdiyi videoda deyib.
“Amma nəzərinizə çatdırım ki, yaddan çıxan müğənnilər var. Çox xahiş edirəm ki, daha diqqətlə nəzər salasınız. Siyahıya daxil edilməyən bayağı, Azərbaycan televiziyasını və zövqləri korlayan, danışığını bilməyə müğənnilər var. Bir Azərbaycan vətəndaşı və musiqiçi kimi onları da bu siyahıya əlavə etməyinizi xahiş edirəm. Ümidvaram ki, səsimizi eşidəcəksiniz və onları da siyahıya daxil edəcəksiniz. Öncədən dərin təşəkkürümü bildirirəm, minnətdaram”, - Hüseyn qeyd edib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
23:33 / 27.02.2026
“Bu siyahıda yaddan çıxan müğənnilər var” - VİDEO
Hazırda oxunan: “Bu siyahıda yaddan çıxan müğənnilər var” - VİDEO
Hazırda oxunan: “Bu siyahıda yaddan çıxan müğənnilər var” - VİDEO
598750
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































