Fevralın 28-i Ramazan ayının onuncu günüdür.
Bizim.Media xəbər verir ki, imsak vaxtı 05:52-yə, iftar isə 18:44-ə təyin olunub.
Onuncu günün imsak duası:
“Allahumməc-əlni fihi minəl-mütəvəkkilinə əleyk. Vəc-əlni fihi minəl-faizinə lədeyk. Vəc-əlni fihi minəl-müqərrəbinə ileyk. Biihsanikə ya ğayətət- talibin”.
Tərcüməsi:
“İlahi, bu gün məni sənə təvəkkül edənlərdən, sənin nəzdində feyz və səadət tapanlardan, sənin dərgahına yaxın olanlardan qərar ver. Ehsanına and verirəm, ey tələb edənlərin məqsədi!”
İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.
Tərcüməsi:
“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
Allah orucunuzu qəbul etsin!
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
22:47 / 27.02.2026
Ramazanın 10-cu günü: İftar və imsak vaxtları, günün duası
Hazırda oxunan: Ramazanın 10-cu günü: İftar və imsak vaxtları, günün duası
Hazırda oxunan: Ramazanın 10-cu günü: İftar və imsak vaxtları, günün duası
598745
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































