“Təklif edirəm ki, ölkəmizdə ayrıca mətbəx turizmi təsis olunsun. Çünki Azərbaycana gələn hamı Azərbaycan mətbəxinə vurulduğunu deyir”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu parlamentin Əmək və sosial siyasət komitəsində “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən ictimai dinləmədə deyib.
Deputat qeyd edib ki, vətəndaşları öz evlərindən istifadə edərək turizmə cəlb etmək lazımdır:
“Bəzi balaca şəhər və qəsəbələrdə böyük hotellər tikməyə lüzum yoxdur. Dövlətin payı olan banklar xüsusi kredit ayıra bilərlər ki, vətəndaşlar öz evlərini genişləndirsinlər və yaxud əlavə bir ev tiksinlər. Yəni vətəndaşlar özləri turizm sahəsinə yaxın olsunlar. Təbii ki, buna şərait yaradılmalıdır. Rəsmi qaydada bunu həll etmək olar. İmkan yaradılsın ki, daha çox vətəndaşlar turizm sahəsində özlərini göstərə bilsinlər. Məncə, bu çox vacibdir”.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:02 / 27.02.2026
Polad Bülbüloğlu: “Böyük hotellərə lüzum yoxdur, vətəndaşlara imkan yaradılsa...”
Hazırda oxunan: Polad Bülbüloğlu: “Böyük hotellərə lüzum yoxdur, vətəndaşlara imkan yaradılsa...”
Hazırda oxunan: Polad Bülbüloğlu: “Böyük hotellərə lüzum yoxdur, vətəndaşlara imkan yaradılsa...”
598695
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
























































































