Şeyx Əbdül küsülü olduğu Rasim Balayev haqqında: “Hər səhər dua edirəm ki...”

Şeyx Əbdül küsülü olduğu Rasim Balayev haqqında: “Hər səhər dua edirəm ki...”

Hazırda oxunan: Şeyx Əbdül küsülü olduğu Rasim Balayev haqqında: “Hər səhər dua edirəm ki...”

598660

Xəbər verdiyimiz kimi, uzun müddətdir xəstəxanada müalicə alan Xalq artisti, rejissor Əbdül Mahmudov evə buraxılıb. Onun vəziyyəti artıq stabildir.

Qeyd edək ki, Əbdül Mahmudov Xalq artisti Rasim Balayevlə uzun illər yaxın dost olub. Lakin son dönəmlərdə iki sənətkarın arasında soyuqluq yaranmışdı.

Nəzərə alaq ki, Rasim Balayevin də hazırda səhhətində problemlər var və Türkiyədə müalicə alır.

Bəs bu həssas dönəmdə köhnə dostların münasibəti necədir?

Bu barədə Bizim.Media-ya danışan Əbdül Mahmudov fikirlərini Aşıq Ələsgərin bir beytilə ifadə edib:

“Dost-dostdan inciyər, qəlbində dönməz.

Olar bir az ərki naz arasında”.
 

Rasim məndən 4 yaş kiçikdir. Bizim aramızda inciklik şəxsi münasibətlər üzündən olmayıb. Bilirsiniz, mən uzun illər demişəm ki, bir ölkədə 2 kino qurumu olmaz, bunlar birləşdirilməlidir. Bunu da aparıb bəzi ağzıgöyçəklər Rasimə başqa cür çatdırırdılar. Aramız bu səbəbdən soyuq idi.


İndi şükür Allaha, iki kino qurumu birləşdi. Yaxın vaxtlarda qurultay olacaq. Hər səhər ilk işim Rasimə görə dua eləməkdir. Allah ona can sağlığı versin, sağ-salamat gəlsin, qurultayımızı keçirək. Mənim sədrliyə yeganə namizədim odur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO