SON DƏQİQƏ! İranla sərhəddə silahlı İNSİDENT – Dörd nəfər... – FOTO

SON DƏQİQƏ! İranla sərhəddə silahlı İNSİDENT – Dörd nəfər... – FOTO

Hazırda oxunan: SON DƏQİQƏ! İranla sərhəddə silahlı İNSİDENT – Dörd nəfər... – FOTO

598623

Fevral ayının 20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə 4 (dörd) nəfər naməlum şəxs tərəfindən dövlət sərhədinin pozulmasına cəhd göstərilməsi müşahidə edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, dövlət sərhədinin pozulmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər görülmüşdür.
 

Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilmiş, havaya xəbərdarlıq atəşi açılmışdır. Lakin əmrə tabe olmayan sərhəd pozucuları silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açmış, üzərilərindəki bağlamaları atmış havanın qaranlıq, ərazinin meşəlik olmasından istifadə edərək geriyə qaçmışlar. 


Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə sərhəd pozucularına məxsus 3 (üç) ədəd bağlamada ümumi çəkisi 33 kiloqram 900 qram narkotik vasitə və digər maddi sübutlar aşkar olunaraq götürülmüşdür. Baş vermiş hadisə barədə müqabil tərəf sərhəd nümayəndəliyi xətti ilə məlumatlandırılmışdır. 

Fakt üzrə əməliyyat-istintaq və axtarış tədbirləri davam etdirilir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO