DİQQƏT! Sabah Azərbaycanda onminlərlə abonent QAZSIZ QALACAQ

DİQQƏT! Sabah Azərbaycanda onminlərlə abonent QAZSIZ QALACAQ

Hazırda oxunan: DİQQƏT! Sabah Azərbaycanda onminlərlə abonent QAZSIZ QALACAQ

596531

Sabah İmişli, Saatlı və Sabirabad rayonlarında, eləcə də Şirvan şəhərinin müəyyən hissələrində mavi yanacağın verilişində məhdudiyyətlər olacaq.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı "Azəriqaz" İstehsalat Birliyi yayıb.
 

SOCAR-ın "Qaz İxrac" İdarəsi tərəfindən "Azadkənd-İmişli" yüksək təzyiqli magistral qaz kəmərinin (diametri 530/377/325 mm) korroziyaya uğramış hissələrində təmir-bərpa işləri həyata keçiriləcək.


Təmir işləri səbəbindən saat 09:00-dan başlayaraq proses yekunlaşanadək İmişli və Saatlı rayonlarının tam ərazisində (ümumi 46 071 abonent), Sabirabad rayonunun bəzi kəndlərində (ümumi 26 672 abonent) və Şirvan şəhərinin Bayramlı qəsəbəsində (ümumi 510 abonent) qaz təchizatının dayandırılması nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO