Bakıda küçədə qızlara hücum edən şəxs: “Bu, mənim hobbimdir” - YENİLƏNİB/VİDEO

Bakıda küçədə qızlara hücum edən şəxs: “Bu, mənim hobbimdir” - YENİLƏNİB/VİDEO

Hazırda oxunan: Bakıda küçədə qızlara hücum edən şəxs: “Bu, mənim hobbimdir” - YENİLƏNİB/VİDEO

59637

Bakıda ictimai yerlərdə xanımlara qarşı xuliqanlıq əməlləri törədən şəxslə bağlı maraqlı faktlar ortaya çıxıb. 

Bizim.Media “Lent.az”a istinadən xəbər verir ki, küçədə xanımlara qarşı xuliqanlıq edən 29 yaşlı Əhməd Hüseynovun əməlindən zərərçəkənlərin daha çox olduğu bildirilir. 

Belə ki, sözügedən video paylaşıldıqdan sonra çoxlu sayda qadın Daxili İşlər Nazirliyinə zəng vuraraq həmin şəxsin şiddətinə məruz qaldıqlarını bildiriblər.

İlkin məlumata görə, zərərçəkmişlərin sayı 10-15 nəfərdir. Zərərçəkən xanımların sayının artması istisna olunmur. 

O da məlum olub ki, Ə. Hüseynov polisə verdiyi ilkin ifadəsində əməlindən peşman olduğunu bildirib. Amma buna baxmayaraq, o, qadınlara qarşı belə hərəkət etməsindən xoşlandığını dilə gətirib: “Bu, mənim hobbimdir”.  

Qeyd edək ki, Ə. Hüseynovun yaxın zamanlarda məhkəmə qarşısına çıxarılacağı bildirilir. 

*** 10:39

Sosial şəbəkələrdə ictimai qaydanı kobud surətdə pozaraq qadınlara qarşı xuliqanlıq hərəkətləri törədən naməlum şəxs müəyyən olunaraq saxlanılıb. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. 

Araşdırmalara müəyyən olunub ki, 1993-cü il təvəllüdlü Yasamal rayon sakini Əhməd Hüseynov eyni xarakterli xuliqanlıq hərəkətlərini digər xanımlara qarşı da törədib.

O, ilkin ifadəsində törətdiyi əməlləri etiraf edib. 

İctimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunmasının tərkib əlamətləri olduğundan fakta görə Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə istintaq hərəkətləri aparılır. 

Ə.Hüseynovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər. 

Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO