Hikmət Hacıyev: “Dövlətimizin başçısı televiziya kanallarına daim diqqət və qayğı göstərir” - VİDEO

Hikmət Hacıyev: “Dövlətimizin başçısı televiziya kanallarına daim diqqət və qayğı göstərir” - VİDEO

Hazırda oxunan: Hikmət Hacıyev: “Dövlətimizin başçısı televiziya kanallarına daim diqqət və qayğı göstərir” - VİDEO

596283

“Bu gün ölkəmizdə ilk televiziyanın yaranmasından 70 il ötür. 1956-cı ilin 14 fevralında fəaliyyətə başlayan Bakı Televiziya Studiyası qısa zamanda maarifləndirən və məlumatlandıran güclü vasitəyə çevrilərək informasiya məkanımızın formalaşmasında, xalqımızın ictimai, siyasi və mədəni həyatında mühüm rol oynayıb”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında yazıb.

H. Hacıyev qeyd edib ki, dövlətimizin başçısı televiziya kanallarına daim diqqət və qayğı göstərir:

“Məzmun və format baxımından daim yenilənən televiziya kanallarımızın hər uğurlu efirinin arxasında jurnalistlərin, aparıcıların, rejissorların, operatorların və bütövlükdə yaradıcı heyətin böyük zəhməti və fədakar əməyi dayanıb.

Bu əlamətdar gün münasibətilə bütün televiziya işçilərini səmimi qəlbdən təbrik edir, yeni yaradıcılıq uğurları arzulayıram. Efiriniz daim işıqlı olsun!”

 


Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO