Əri tərəfindən ölümlə hədələnən qadının şikayəti ilə bağlı niyə tədbir görülmür? – DİN aydınlıq gətirdi 

Əri tərəfindən ölümlə hədələnən qadının şikayəti ilə bağlı niyə tədbir görülmür? – DİN aydınlıq gətirdi 

Hazırda oxunan: Əri tərəfindən ölümlə hədələnən qadının şikayəti ilə bağlı niyə tədbir görülmür? – DİN aydınlıq gətirdi 

59620

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Bakıda qadının əri tərəfindən döyülməsi və işgəncələrə məruz qalması ilə bağlı iddialara münasibət bildirib. 

DİN-in Mətbuatı Xidmətindən Bizim.Media-ya bildirilib ki, nazirlik yayılanlarla bağlı məlumatlıdır. 

Qeyd edilib ki, qadının əri tərəfindən döyülməsi və işgəncələrə məruz qalması ilə bağlı iddialar araşdırılır. 

Xatırladaq ki, sosial şəbəkələrdə Rəqsanə Qafarova adlı istifadəçi əri tərəfindən döyülərək işgəncələrə məruz qaldığını iddia edir. O, hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən izahatının alındığını, lakin hələ də heç bir tədbir görülmədiyini deyir.
Qadın ərinin onu öldürməklə, evini yandırmaqla hədələdiyini bildirib. 3 övladı olan ana uşaqlarının yetim qalmasını istəmədiyini, ərinin özü və uşaqlarına xətər yetirə biləcəyindən qorxduğunu iddia edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO