Aeroport yolundan istifadə edən sürüclərin NƏZƏRİNƏ

Aeroport yolundan istifadə edən sürüclərin NƏZƏRİNƏ

Hazırda oxunan: Aeroport yolundan istifadə edən sürüclərin NƏZƏRİNƏ

596167

Suraxanı rayonu, Aeroport şosesində Hava limanı yolundan “Koroğlu” metro stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb.
 

Qeyd edək ki, gecə saatlarında Suraxanı rayonu, Aeroport şosesində (“Buta Palace” yaxınlığında) istismar müddətini başa vurmuş elektron məlumat-sürət tablolarının quraşdırıldığı metal konstruksiyanın bir hissəsinin söküntü işlərinə başlanılıb.


Bu səbəbdən Hava limanı yolundan (Hava limanı körpüsündən) “Koroğlu” metro stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO