Bəzi ərazilərdə QAZ OLMAYACAQ

Bəzi ərazilərdə QAZ OLMAYACAQ

Hazırda oxunan: Bəzi ərazilərdə QAZ OLMAYACAQ

596127

Fevralın 17-də Mingəçevir şəhəri və Yevlax rayonu ərazisində təbii qazın verilişində məhdudiyyətlər tətbiq olunacaq.

Bizim.Media xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi (İB) məlumat yayıb.

Qurumdan verilən açıqlamada qeyd olunub ki, qaz ölçü qovşağında mövcud olan "baypas" xəttinin təmiri zərurəti ilə əlaqədar qaz nəqlinin müvəqqəti dayandırılmasına ehtiyac yaranıb.

Bununla əlaqədar olaraq, fevralın 17-si, saat 10:00-dan etibarən təmir-bərpa işləri başa çatanadək "Mingəçevir" Qaz Paylayıcı Stansiyasından (QPS) qidalanan Mingəçevir şəhərinin mərkəzi və üç qəsəbəsində yaşayan 30 269 əhali, eləcə də 521 qeyri-əhali abonentinin qaz təminatı dayandırılacaq.

Eyni zamanda, Yevlax rayonunun Tanrıqulular, Hürüşağı və Boşçalı kəndlərində qeydiyyatda olan 831 əhali abonentinə də mavi yanacağın verilişinin dayandırılması planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO